‘Bu sistem əhəmiyyətsiz, lazımsız və mənasızdır’ – FACEBOOKDA SORĞU

‘Bu sistem əhəmiyyətsiz, lazımsız və mənasızdır’ – FACEBOOKDA SORĞU
GƏNCLİK
15:59 13.02.2012
2900

Baloniya sisteminin başlanğıcı 1970-ci illərin ortalarında qoyulub. Prosesin rəsmi başlanğıcı 1999-cu il iyunun 19-u hesab olunub. Həmin vaxtda Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında “Bolonya bəyannaməsi” qəbul olunub. Bəs görəsən bizim tələbələr baloniya sistemində təhsil almaqlarına baxmayaraq, sistemin özəlliklərini bilirlərmi?

AZXEBER.COM portalı məsələ ilə bağlı “Facebook” sosial şəbəkəsində “Baloniya sistemində nədən bəhs etdildiyini bilirsinizmi? ” adlı sorğu keçirib. Sorğunun nəticəsinə görə, istifadəçilərin əksəriyyəti “bəli” cavabını (110 səs), digərləri isə “xeyr” cavabını (72 səs) verib.

AZXEBER.COM portalı sorğuda iştirak edən istifadəçilərin bəzilərinin şərhlərini təqdim edir...

Tural Yolçiyev: “Baloniya sisteminə münasibətim pisdi. Yeri yoxdu”.

Rufanə Qurbanova: “Baloniya sisteminə müsbət yanaşıram. Əgər Azərbaycandakı sistemin də adı yox, özü olsa yaxşı olar”.

Ülkər Eldarqızı: “Özümüzünküləşdirilmiş baloniya sisteminə münasibətim pisdi. Baloniya sistemli ölkələrdə dəftərin tutulmasına icazə verilmir. Azərbaycansayağı baloniyada ən gülünc hal dəftər məsələsidir. Əhəmiyyətsiz, lazımsız və mənasızdır. Kitabı 40 vərəqli dəftərə köçürməyin heç bir mənası yoxdur. Şəxsən mən yuxarı kurslardan dəftərlərini alıb 5 bal yazdırıram”.

Orxan Həsənov: “Azərbaycanda demək olar ki, baloniya sistemi yoxdur. Çünki bu sistemin mahiyyəti düzgün qavranılmayıb. Bizdə patokda 360 tələbə köhnə üsulla imtahan verərkən ən azı 100 nəfər kəsilirdi, amma indi heç 3 alan da yoxdur”.

Nərmin Bağırzadə: “ İmtahandan kəsilən tələbə ilə imtahana buraxılmamış tələbə arasında fərq olmalıdır. Mən 11 qayıba görə bir imtahana buraxılmamışdım. 2 il əziyyət çəkəcəm”.

Almaz İbrahimova: “Baloniya sistemində imtahanlar testlə olmalıdır. Qayıblar əsas olmamalıdır. Ən əsası isə otaqlarda kamera ilə tələbələr müşahidə altında tutmamalıdırlar”.

Sevil Rəsulzadə 

OXŞAR XƏBƏRLƏR