“Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov

“Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
İDMAN
21:42 22.07.2026
1033
Qarabağ” sabah Bakıda Avroliqanın 2-ci təsnifat mərhələsində Bolqarıstanın MOİK komandası ilə qarşılaşacaq.

AZXEBER.COM xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunla əlaqədar mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran suallara cavab verib.

– Dünən "Sabah” qalib gəldi, onları təbrik edirəm. Bu gün isə "Neftçi”yə uğurlar arzulayıram. Oyunumuza gəlincə, düşünürəm ki, yaxşı hazırlaşmışıq. Bu, fərqli rəqibdir, onun öz üslubu var. İlk dəqiqələrdən çox diqqətli və məsuliyyətli olmalıyıq.

– Artıq iki rəsmi oyun keçirmisiniz. Sistem istədiyiniz kimi işləyir?

– Tam olaraq belə olduğunu deməzdim, amma hər şey yaxşıya doğru gedir. Çox istərdim ki, düşündüklərimizi bütün 90 dəqiqə ərzində həyata keçirə bilək, lakin bəzi məqamlarda çatışmazlıqlar var.

Planlaşdırdığımız kombinasiyaları həmişə sabit şəkildə yerinə yetirmək alınmır. Zaman keçdikcə daha yaxşı olacağıq. Avropada hər rəqib fərqlidir, buna görə də matç ərzində tez-tez nəyisə dəyişməli oluruq. Hər halda, ümumilikdə işlər düzgün istiqamətdə gedir.

– MOİK ilə oyun "Qarabağ”ın hazırkı gücünü göstərəcək?

– Komandanın oyununu sabitləşdirmək və yaxşılaşdırmaq elə də asan deyil, çünki hazırlıq planında bəzən problemlər yaranır. Futbolçular fərqli vəziyyətdə görünürlər. Üstəlik, yayın istisini nəzərə alsaq, dinamikanın azalması normaldır. İllərdir bu mərhələdən keçirik və təcrübəmiz var. Bu mövsüm komandada çox dəyişiklik olub və bu da təsir göstərə bilər.
Optimal formaya nə vaxt çatacağımızı demək çətindir. Əminəm ki, tədricən inkişaf edəcəyik.

– PFL yeni mövsümdə VAR-la bağlı müəyyən qaydalar tətbiq edəcək. Məsələn, sistemə sarı vərəqələr və künc zərbələri ilə bağlı da müraciət etmək mümkün olacaq. Bu qərara münasibətiniz necədir?

– Komandada futbolçular nə qədər çox olarsa, problemlər də bir o qədər çox olar. Hakimlikdə də belədir: nə qədər çox detal əlavə olunarsa, narazılıq da bir o qədər artacaq. VAR-ın tətbiqindən sonra hakim qərarları ilə bağlı şikayətlər çoxalıb. Hər xırda detal özü ilə əlavə problemlər gətirir. Məncə, problemlər və mübahisəli vəziyyətlər daha da artacaq.

– MOİK iki gün əvvəl çempionat oyununa çıxıb. Bu, sizin xeyrinizədir?

– Bu suala cavab vermək çətindir. Düzünü desəm, mən də istərdim ki, futbolçuların daha çox oyun təcrübəsinin olması üçün arada hansısa matç keçirək. Hazırkı vəziyyətdə oyun nə qədər çox olsa, bir o qədər faydalıdır.

– Transferlərlə bağlı yenilik varmı?

– Konkret heç nə yoxdur. İşimiz davam edir. Çalışırıq. Alınsa, iki transfer həyata keçirəcəyik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı