Bu süjetə görə jurnalisti Milli Məclisə buraxmadılar - VİDEO

Bu süjetə görə jurnalisti Milli Məclisə buraxmadılar - VİDEO
Bütün Xəbərlər
15:28 02.05.2014
1548
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasına ANS-in parlament müxbiri buraxılmayıb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, operator içəri buraxılsa da, müxbir, tanınmış jurnalist Ləman Ələşrəfqızı parlamentin binasına buraxılmayıb.
Ona adının siyahıdan çıxarıldığı bildirilib.
“Ləman Ələşrəfqızının Milli Məclislə bağlı jurnalist fəaliyyəti bizi qane etmir”.
Bu sözləri Aktual.az-a Milli Məclisin (MM) mətbuat katibi Akif Təvəkküloğlu ANS-in müxbiri Ləman Ələşrəfqızının Milli Məclisin bu gün keçirilən iclasına buraxılmaması barədə yayılan məlumata münasibət bildirərkən deyib.Onun sözlərinə görə, ANS-in müxbirinin Milli Məclisə buraxılmaması barədə yayılan xəbərlər əsassızdır:“Bunun bizə aidiyyatı yoxdur. Sadəcə olaraq ola bilsin ki, özü gəlməyib və ya hansısa bir hadisə baş verib.“Akif Təvəkküloğlu sonda onu da vurğulayıb ki, ANS-in əməkdaşları Milli Məclisin iclaslarında iştirak etməkçün akkreditasiyadan keçirilib:“Hesab edirəm ki, bu məsələdə heç bir problem yoxdur. Ona görə də bu məsələni şişirtmək lazım deyil”.Qeyd edək ki, L.Ələşrəfqızı ötən iclasda deputatların bir-birilərinin, yaxud aparat əməkdaşının deputatların yerinə səs verməsi ilə bağlı tənqidi süjet hazırlayıb.
Sözügedən süjeti təqdim edirik:
OXŞAR XƏBƏRLƏR