Budəfəki qəhrəmanlarımız Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələridir. Gənclər bu il universitetlərarası çempionatda AZDİU-nun şərəfini qoruyacaqlar. Kommersiya-950 qrupunun üzvü Zəka Zeynalov AZXEBER.COM-a bu haqda deyib: "Bu il universitetimizi çempionatda təmsil edəcəyik. Öz gücümüzə inanırıq. Hədəflərimiz böyükdür. Ümid edirik ki, ifamız bəyəniləcək. Bundan başqa ölkəmizin şərəfini xarici ölkələrdə də qorumaq istəyirik. Tələbə yoldaşlarımız da bizə böyük dəstək olar. Bu yöndə dostumuz Fərid Abbasovun adını çəkməliyik. İnşAllah hər kəsin ümidlərini doğruldacağıq. Bir sözlə, Kommersiya-950 qrupunun səsi hələ çox eşidiləcək. Biz gənclərə belə dəstək verdiyinə görə, AZXEBER.COM portalına minnətdarıq"
AZXEBER.COM portalı "Kommersiya-950" qrupunun ifasında "Vaz geçemiyorum" mahnısını təqdim edir. Qeyd edək ki, qrupun digər ifaları da portalımızda olacaq. Hələliksə, özünüz dinləyin və qiymət verin.