Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Bu haqda Ukrayna lideri açıqlama verib.
"Mayın 15-də Ankarada Ərdoğanla görüşüm olacaq”, - o qeyd edib.
Zelenski həmçinin bildirib ki, Ankara və ya İstanbulda Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi də gözləyir.
Kiyevdən Rusiya və Ukrayna nümayəndələrinin fərqli tərkibdə görüşünün mümkünlüyünü nəzərdən keçirib-keçirməyəcəyi ilə bağlı suala isə Zelenski belə cavab verib:
"Biz hələ ki, başqa formatlar üzərində işləməmişik və müzakirə etməmişik. Mən tək olmayacağam, bu, faktdır, amma məsələ bu deyil”.
Zelenski əlavə edib ki, gələcəkdə danışıqlar qruplarının görüşləri mümkündür, lakin o hesab edir ki, bunun baş verməsi üçün atəşkəslə bağlı razılaşmalar əldə edilməlidir.
/Qafqazinfo