‘Bu universitetdə hamı cibinə gedən pulları düşünür’ - Şikayət

‘Bu universitetdə hamı cibinə gedən pulları düşünür’ -  Şikayət
Bütün Xəbərlər
12:08 13.08.2013
2790

Lənkəran Dövlət Universitetindən (LDU) gələn şikayətlərin arası kəsilmir.

AZXEBER.COM-un redaksiyasına növbəti şikayət məktubu adını Universitetin adını gizli saxlayan tələbəsi tərəfindən daxil olub .

Tələbə LDU-də rüşvət yığımının getdikcə daha da gücləndiyini bildirib:

“Lənkəran Dövlət Universitetində hazırda kəsrlər üçün yay məktəbi davam edir. Artıq imtahanlar yaxınlaşdığı üçün müəllimlər iş başına keçib. Tələbələrdən yenə rüşvət almağa başlayıblar. Tələbələr də ikinci dəfə kəsilməkdən qorxduqları üçün pul verməyə məcbur olurlar.

Universitetin rektoru nə qədər burada qalacaqsa, o qədər də rüşvət almağa davam edəcək. Bu gün ölkənin təhsilini 30-40 manata satan müəllimlərin yetişdirdiyi tələbələr kim bilir, əsgərlikdə torpaqları neçəyə satarlar. Lənkəran Dövlət Universitetində hazırda təhsil yox, maliyyə işləri gedir. Hamı cibinə gedən pulları düşünür. Təhsil Nazirliyindən xahiş edirik ki, bu işlə şəxsən məşğul olsunlar.”

OXŞAR XƏBƏRLƏR