“Bu vəziyyət uzun müddət davam edə bilməz” - Nazir

“Bu vəziyyət uzun müddət davam edə bilməz” -  Nazir
SOSİAL
12:21 11.03.2016
2492
“Dünyada neftin qiymətinin aşağı səviyyədə olması uzun müddət davam edə bilməz”.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində bu gün "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?" mövzusunda keçirilən paneldə deyib. N.Əliyev bildirib ki, neftin qiyməti neft istehsal edən ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.
Nazir deyib ki, hazırda neftin qiymətlərinin 4 dəfə aşağı düşməsi neft hasil edən ölkələr üçün yaxşı hal deyil. Onun sözlərinə görə, qiymətlərin çox yüksək olması da digər ölkələr üçün yaxşı hal deyil: "Hər tərəf üçün məqbul qiymətin olmasını istəyirik. Neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrin neft istehsalı ilə bağlı kəşfiyyat, hasilat işlərinə mənfi təsir edir. Bu da son nəticədə neft hasilatını azaldır. Ona görə də bu vəziyyət uzun müddət davam edə bilməz. Neftin qiymətləri tədricən artacaq. Müvafiq bir qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun. Neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsinlər".
"Cənub qaz dəhlizi" layihəsindən də danışan nazir deyib ki, bu Avropa üçün yeni enerji mənbəyi olacaq. N.Əliyev bildirib ki, Avropanın enerji təhlükəsizliyi vacib məsələdir: "Nabucco layihəsi iflasa uğradı, ona görə də Avropa Xəzər regionunu Avropaya enerji resursları çatdıracaq bir mənbə kimi gördü”.
N.Əliyev bildirib ki, Xəzər regionunda, o cümlədən Azərbaycanda böyük qaz ehtiyatları var: “Azərbaycanın 2,5 trilyon kubmetr qaz ehtiyatları var. Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu nəhəng layihədir. Bu layihə ilə bağlı indiyə qədər Xəzər regionunda istifadə edilməyən texnologiyalardan istifadə ediləcək. Meşələrdən, mürəkkəb ərazilərdən keçəcək kəmər çəkiləcək. Bu kəmər Gürcüstan, Türkiyə, Albaniya və digər ölkələrdən, dağlıq ərazilərdən və dənizdən keçəcək, sonda İtaliyaya çatacaq. Bu, Avropa üçün yeni mənbə olacaq, ona görə də Avropa üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi gələcəkdə Türkmənistan, İran və İraq qazını da Avropaya çatdıra bilər. Ona görə də bu, çox mühüm layihədir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir