Hərəkət Mikayıl Hüseynov prospektində və Dilarə Əliyeva küçəsində qismən, Kövkəb Səfərəliyeva küçəsində isə tam məhdudlaşdırılacaq
Bu gün Bakının daha bir necə yolunda hərəkət məhdudlaşdırlacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün saat 22:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti Dilarə Əliyeva küçəsində qismən, Kövkəb Səfərəliyeva küçəsində isə tam məhdudlaşdırılacaq.
Məhdudiyyət yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.
Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Mikayıl Useynov prospektində (Azneft dairəsindən Bayraq Meydanı istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.