Kolumbiyada keçirilən buğa döyüşündə az qala bədbəxt hadisə baş verəcəkdi. Həmin döyüşdə buğanın ayaqları altında qalan matador canını güclə ölümün pəncəsindən qurtarır.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ötən həftə Toros Cesar Rincon meydanında baş verib.Özünə güvənən Aleksandro Gaviriya sarı rəngdə geyinərək əlindəki qırmızı yaylıqla buğanı əsəbləşdirir. Üstəlik matadorun əlindəki iti xəncər buğaya batdıqda heyvan daha da vəhşiləşir. Lakin matadorun ani ehtiyatsızlığı buğa üçün fürsət olur və qızmış heyvan matadoru buynuzlarına alaraq ayaqları altına çırpır.Buğanın ayaqları altında çapalayan Aleksandro Gaviriya 6 nəfərin səyi nəticəsində güclə xilas olunur. Bu döyüşün ən maraqlı anları kameraların yaddaşına həkk olunub.