Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində 1 nəfər dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 750 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.
AZXEBER.COM xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 14:00-da başa çatıb.
Səbail rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, özünü dənizə atan şəxs 1980-ci il təvəllüdlü qadındır. Ağır vəziyyətdə sudan çıxarılan qadının adının Solmaz olduğu bildirilir. O, təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. 34 yaşlı qadının özünü hansı səbəbdən dənizə atması hələ ki məlum deyil.