Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 m sağa nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədilə özlərini dənizə atıb.
AZXEBER.COM-un məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 02:36-də başa çatıb.