Bulvarda intihara cəhdin qarşısı alındı - YENİLƏNİB

Bulvarda intihara cəhdin qarşısı alındı - YENİLƏNİB
Bütün Xəbərlər
13:10 08.01.2015
677

Şəxsin kimliyi məlum oldu.

Yanvarın 7-də Dənizkənarı Milli parkda intihara cəhd etmiş şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyindən (DİN)verilən məlumata əsasən, həmin şəxs Ağcabədi rayon sakini, ruhi xəstə Sənubər Əhmədovadır.

DİN araşdırmalar aparır.

7 yanvar

Bu gün günorta saatlarında Dəniz kənarı Milli Park ərazisində bir nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliydən verilən məlumata əsasən, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.//oxu.az

OXŞAR XƏBƏRLƏR