Bulvarda intihara cəhdin qarşısı alındı

Bulvarda intihara cəhdin qarşısı alındı
Bütün Xəbərlər
14:43 08.08.2015
1199
FHN məlumat yayıb.
Bakı bulvarında bir nəfər özünə qəsd etmək istəyib.
AZXEBER.COM  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sağa, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
İntihar etmək istəyən şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib.
OXŞAR XƏBƏRLƏR