6 iyul tarixində Bakı Bulvarında konsert olacaq.
AZXEBER.COM-un məlumatına görə, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının təbliği məqsədi ilə Bulvarda, saatlı Qüllənin yanında möhtəşəm konsert keçiriləcək.
Konsertdə Aygün Kazımova, Tünzalə Ağayeva, Röya, Çingiz Mustafayev, alman müğenni Okeana, həmçinin futbol fristaylerləri çıxış edəcək.










































