Bakı bulvarında dəhşətli anlar yaşanıb.
Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, təxminən bir saat əvvəl bulvarda 25 yaşlı qız özünü dənizə atıb. Hadisə yerinə gələn xilasedicilər onu ölümdən qurtarıblar.
Səbail Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, qızın hansı səbəbdən özünü dənizə atması məlum deyil, araşdırma aparılır.