Bulvarda özünü öldürmək istəyən gənc haqda yeni xəbər

Bulvarda özünü öldürmək istəyən gənc haqda yeni xəbər
Bütün Xəbərlər
23:28 08.01.2012
2091
Daxili İşlər Nazirliyi yanvarın 4-də Bakı bulvarında paraşüt qülləsinə qalxaraq intihara cəhd edən gənclə bağlı xarici KİV-də dərc olunan qeyri-dəqiq informasiyalara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov APA-ya deyib ki, xarici KİV-də yazılanların tam əksi olaraq yanvarın 4-də intihara cəhd edən və sonradan hadisə yerinə gələn Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri əməkdaşlarının birgə səyi ilə bu fikirdən daşındırılan Zaqatala sakini, 1982-ci il təvəllüdlü Pərviz Mikayılov istər psixi, istərsə də fiziki cəhətdən tam sağlam olub. İndiyədək heç bir faydalı əməklə məşğul olmayan, ətrafındakılara hörmətsizlik edən Mikayılov yaşının az olmasına baxmayaraq artıq 4 dəfə məhkumluq həyatı yaşayıb. O, 2003-cü ildə CM-in 221-ci (xuliqanlıq), 2005-ci ildə 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə), 2010-cu ildə 234-cü (narkotik vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunub. 2011-ci ilin dekabrın 12-də törətdiyi sırf xuliqanlıq hərəkəti ilə bağlı Mikayılov barədə Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb. Lakin Mikayılov onu dindirmək istəyən müstəntiqin dəvətinə məhəl qoymadan istintaqdan yayınıb. Buna görə də barəsində istintaqa məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilib. O ərəfədə işin ciddiliyini anlayan Mikayılov istintaqdan yayınmaq, törətdiyi əməlləri pərdələmək və ictimai diqqəti özünə cəlb etmək məqsədilə Bakıya gələrək intihara cəhd edib. Məlum olub ki, Mikayılov istintaqdan boyun qaçırmaq və törətdiyi cinayəti ört-basdır etməkdən ötrü bu addımı atıb.
OXŞAR XƏBƏRLƏR