Bulvardakı parovoz biznesi MTN-ın həbs edilmiş generalınındır?

Bulvardakı parovoz biznesi MTN-ın həbs edilmiş generalınındır?
Bütün Xəbərlər
17:28 30.11.2015
1888

"Bakı bulvarındakı gəzinti parovozları Akif Çovdarovun oğluna məxsusdur".

Bunu virtualaz.org saytına MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, general-mayor Akif Çovdarov tərəfindən təhdid olunan, öldürüləcəyi ilə hədələnən sahibkar Roman Səfərov deyib.

R.Səfərovun dediklərindən belə məlum olub ki, bulvarda fəaliyyət göstərən parovozlar generalın oğluRuslan Çovdarova məxsusdur.

Qeyd edək ki, virtualaz.org saytı bu haqda hələ bir həftə əvvəl məlumat vermişdi. "MTN generalları hətta oyuncaqlardan da pul çıxardırmış" başlıqlı məqalədə deyilirdi ki, Eldar Mahmudov və adamları hətta Bakı bulvarındakı gəzinti parovozlarını da öz əllərinə keçiriblər.

"Əsasən turistləri gəzdirən bu dekorativ qatarlarEldar Mahmudovungündən-günə böyüyən biznes imperiyasına hər gün öz "qəpik-quruş töhfəsi"ni verirmiş" - deyə həmin məqalədə bildirilirdi."Bulvardakı qatarların da heç biri Çovdarov soyadlı şəxsin adına olmayıb və yoxdur".

Bunu islə məsələ ilə bağlıMilli.Az-ın sorğusunu cavablandıran Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müaviniNazim Məcidovdeyib. Onun sözlərinə görə, bununla bağlı yayılan məlumat həqiqətə uyğun deyil: "Bulvarda 3 növ qatarlar var. İkisi sarı rəngli açıq qatarlardır, onların pəncərələri yoxdur. İkisi yaşılabənzər rəngdədir, onların pəncərə-qapıları var. Bundan əlavə, Bulvar İdarəsinin Almaniyadan aldığı "Mercedes" qatarlar da var. "Mercedes" qatarlar bizim Bulvar İdarəsinin balansındadır. Ona sürücünü də biz işə götürürük, iş qrafikini də, hərəkət trayektoriyasını biz özümüz həll edirik. Amma digər 4 qatar, yəni 2 sarı və 2 yaşıl qatar isə fiziki şəxsə məxsusdur. Həmin şəxs bulvarda fəaliyyət göstərmək üçün razılıq alıb. Həmin qatarların da heç biri Çovdarov soyadlı şəxsin adına olmayıb və yoxdur. Həmin şəxsin Çovdarovlardankiminləsə əlaqəsinin olub-olmaması haqqında isə heç bir söz deyə bilmərəm. Çünki bulvarın işçisiyəm, müstəntiq deyiləm".

OXŞAR XƏBƏRLƏR