"Bununla bağlı KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir”

"Bununla bağlı KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir”
Bütün Xəbərlər
10:20 10.02.2014
495
"Saxta diplomlarla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir". Bunu ANS PRESS-ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov söyləyib."Sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması və ifadələrinin alınması ilə əlaqədar bəzi KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir”,- deyə Eldar Sultanov vurğulayıb.Xatırladaq ki, kütləvi informasiya vasitlərində “saxta diplom” qalmaqalı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun və Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının istintaqa dəvət olunacağı barədə məlumat yayılıb.
OXŞAR XƏBƏRLƏR