Bunu cümə günü Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.Onun sözlərinə görə, artıq bu il keçiriləcək buraxılış imtahanlarının qrafiki müəyyən olunub. İmtahanların keçirilmə tarixləri TQDK-nın rəsmi saytında yerləşdirilib. İlk buraxılış imtahanı iyunun 2-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda olacaq.Komissiya rəsmisi deyib ki, buraxılış imtahanına hazırlıq işlərinin aparılması intensiv şəkildə davam etdirilir. Bu hazırlıq işləri sırasına təşkilatı işlər də daxildir.E.Nağızadənin sözlərinə görə, sabah TQDK-nın müvafiq struktur bölməsinin əməkdaşları buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan binalara növbəti baxış keçirəcəklər. Həmin binaların imtahana hazırlıq səviyyələri yoxlanacaq, onların tutumu bir daha dəqiqləşdiriləcək və otaqlardakı şərait müəyyənləşdiriləcək. Növbəti həftədən etibarən bu siyahılar üzrə bazada dəqiqləşdirmələr yekunlaşacaq.