Buraxılış imtahanlarından azad olunan təhsil müəssisələrinin adları açıqlandı

Buraxılış imtahanlarından azad olunan təhsil müəssisələrinin adları açıqlandı
Bütün Xəbərlər
10:17 10.06.2013
1228

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ilində buraxılış imtahanlarından azad olunan təhsil müəssisələrinin adlarını açıqlayıb.

AZXEBER.COM TQDK-ya istinadən xəbər verir ki, həmin məktəblərin siyahısı TQDK-nın rəsmi saytında yerləşdirilib.İmtahanlardan azad olunan təhsil müəssisələri bunlardır:Bakının Xəzər rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi;Nizami rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi (lal və kar uşaqlar üçün);Nərimanov rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi;Xəzər rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi, Nərimanov rayonundakı 116 nömrəli korlar və zəif görən uşaqlar üçün orta məktəb;Səbail rayonundakı 87 nömrəli orta məktəb, Suraxanı rayonundakı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi;Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi;Sumqayıt şəhər evdə fərdi təhsil məktəbi, Lənkəran şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi.

OXŞAR XƏBƏRLƏR