Buraxlış imtahanının nəticələri açıqlandı

Buraxlış imtahanının nəticələri açıqlandı
Bütün Xəbərlər
17:42 14.06.2013
1758

Nəticələr TQDK-nın saytında yerləşdirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-cü tədris ilində ümumi orta təhsil səviyyəsinin buraxılış siniflərində iyunun 12-də keçirilən imtahanların nəticələrini (9-cu sinif) açıqlayıb. Respublikanın 19 şəhər və rayonunda keçirilmiş növbəti buraxılış imtahanlarının nəticələrini, cavabların qrafik təsviri komissiyanın internet saytında yerləşdirilib. Qeyd edək ki, imtahanlar Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb.

OXŞAR XƏBƏRLƏR