Burkina Fasonun cinayət məcəlləsində ölüm hökmü səkkiz illik fasilədən sonra bərpa edilib.
Bu barədə "Radio Omega” məlumat yayıb.
Məlumata görə, ölkənin Milli Qanunvericilik Assambleyasının üzvləri ölüm hökmünün bərpasına yekdilliklə səs veriblər.
Ədliyyə naziri Edasso Rodrige Bayala bildirib ki, qərarın məqsədi ictimai asayişi möhkəmləndirmək, vətəndaşları və onların əmlakını qorumaqdır.
Nazirin sözlərinə görə, ölüm hökmü terror fəaliyyəti, dövlətə xəyanət və müharibə cinayətlərində təqsirli bilinən şəxslərə tətbiq ediləcək.
///azərtac///











































