Məqsəd ofis işçilərini adi iş gününün yorğunluğundan az da olsa ayırmaqdır. İş stolunun arxasında oturub gündəlik işinlə məşğulkən, ofisə birdən bayram əhvalı çökür… Çalan kim, oynayan kim! Sənə “İçindəki enerji hər şeyə yetər!” deyirlər. Və bir Burn uzadırlar!
Burn bu dəfə ofislərdə iş həvəsini alovlandırdı. Burn komandası 80-ə yaxın məkanda olaraq, kollektivlərə müsbət enerji yaydı. Özü isə minnətdarlıq, təşəkkür, xoş sözlər və sevincli gülüşlər qazandı.
Kampaniyanın bitməsinə artıq bir neçə gün qalıb: Burn enerji komandasını isə ofisində görmək istəyənlər az deyil. Komanda bu istəkləri reallaşdırmaqda qətiyyətlidir. “Bizim enerjimiz sizə gəlməyə yetər”-deyir Burn-çülər!
7 nəfərdən ibarət Burn enerji komandası təkcə içki paylamaqla kifayətlənmir: gitara, saksafon və baraban ifası ilə rəqqaslar latın rəqsi ifa edir və ofisin işçilərini özlərinə “qatırlar”. Təxminən, 5-10 dəqiqəlik bu tamaşa iş gününü yenidən, yeni enerji ilə başlamağa kifayət edir. Burn komandasını qəbul etmiş ofislər təkrar olaraq pulsuz Burn əldə edə bilərlər. Bunun üçün çəkdirdikləri şəkilləri #icindeki enerjiherseyeyeter və #siradanevar həştəqləri ilə yerləşdirib, ən çox bəyənmə qazanmalıdırlar.
Burn enerji komandasını siz də ofisinizdə görmək istəyirsinizsə, əlaqə nömrənizi və ofisinizin ünvanını facebook.com/BurnEnergy səhifəsinə göndərin.




