Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində vəziyyət gərgindir

Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində vəziyyət gərgindir
Bütün Xəbərlər
21:50 02.02.2012
3429

Fevralın 2-də səhər saatlarından başlayaraq Xəzər rayonu Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində işıqlar sönüb, su və qaz kəsilib.

Bu haqda AZXEBER.COM sakinlər məlumat verib. Onlar işıqsız, qazsız qalmalarının soyuq havada müəyyən fəsadlara yol aça biləcəklərindən narahatlıqlarını dilə gətiriblər. Sakinlərin dediyinə görə, massivə gələn yollar bağlanıb, bu gün mağazalara çörək gətirilməyib. 

Sakinlərin ən azından yolların açılması üçün bələdiyyə dəfələrlə müraciət etsələr də müraciətləri cavabsız qalıb.

OXŞAR XƏBƏRLƏR