Buzovna sakini öz qonşusunu bıçaqladı

Buzovna sakini öz qonşusunu bıçaqladı
Bütün Xəbərlər
10:15 21.05.2012
1181
Bakıda qonşular arasında yaranan mübahisə qanlı sonluqla nəticələnib. Hadisə Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivvində baş verib. Mübahisə zamanı 1958-ci il təvəllüdlü Hüseynov Vaqif Səttar oğlu qonşusu Rauf Rəşidovu bıçaqlayıb. Vaqif iddia edir ki, hadisə günü gözləmədiyi halda neçə illərdir ki, tanıdığı duz-çörək kəsdiyi qonşusu onu səbəbsiz yerə təhqir etməyə başlayıb. Hüseynov isə qonşusunun cavabını sözlə yox, bıçaqla qaytarmaq qərarına gəlib.“Oturmuşdum gəldi söydü. Mən bıçağı götürüb vurdum. Nə bilim niyə söydü. İçkili idi deyildi bilmirəm” – deyə saxlanılan Vaqif Hüseynov bildirib.Qeyd edək ki, Vaqif Hüseynov zərərçəkənin bədəninin müxtəlif nahiyyələrinə 3 bıçaq xəsarəti yetirib. İstintaq zamanı saxlanılan şəxsin əvəllər bir dəfə məhkum olunduğu da ortaya çıxıb.“Əvvəl də tutulmuşam, adam öldürmüşəm. 85-də girib 96-da çıxmışam – deyə saxlanılan şəxs xatırladıb.
OXŞAR XƏBƏRLƏR