“BYD” qəza törətdi - Piyada öldü

“BYD” qəza törətdi - Piyada öldü
SOSİAL
09:25 24.06.2026
291
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, 1997-ci il təvəllüdlü D.Nəsirov gecə saat 01 radələrində idarə etdiyi "BYD” markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Fakta görə Xəzər RPİ-də cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR