“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib

GƏNCLİK
19:58 28.09.2021
1952

"Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 27 sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

Silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən "Şəhidimiz” kampaniyasına start verilib, bölgələrdə yaşayan Vətən müharibəsi qazilərinin Bakıya səfəri təşkil olunub, "shehidimiz.az” portalının yenilənmiş versiyasının təqdimatı keçirilib.

"Şəhidimiz” kampaniyası çərçivəsində ilk olaraq Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində yaşayan 40 şəhid ailəsi təşkilatın nümayəndələrinin və könüllü gənclərin iştirakı ilə ziyarət olunub. 44 gün davam edəcək kampaniyaya qoşulmaq üçün gənclər və könüllü təşkilatlarına, gənclərin təşəbbüs qruplarına çağırışlar edilməsi, könüllü gənclərin iştirakı ilə ölkə üzrə şəhid ailələrinin ziyarət olunması nəzərdə tutulub.

Təşkilat tərəfindən Anım Günü ilə əlaqədar olaraq Vətən müharibəsində sağlamlığını itirmiş, regionlarda yaşayan bir qrup qazinin Bakıya səfəri təşkil edilib, təşkilat nümayəndələrinin, qazilərin, üzv və könüllülərin iştirakı ilə I və II Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkı ziyarət edilib. Ziyarətlər zamanı gənclər tərəfindən Müzəffər Ali Baş Komandanın söylədiyi, Qələbənin simvoluna çevrilən "Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib. Günün yekununda səfər iştirakçıları üçün şəhər turu təşkil olunub. 
Silsilə tədbirlər çərçivəsində onlayn formatda, paytaxt və region gənclərinin iştirakı ilə "shehidimiz.az” portalının yenilənmiş versiyasının təqdimatı keçirilib. Təqdimat zamanı diqqətə çatdırılıb ki, gənclərdən ibarət könüllü qrupları yaradılaraq funksional imkanları artırılmış portala əvvəlki kontentlər yeni redaktədə daxil edilib, yeni alt bölmələr yaradılıb, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin məlumatları toplanaraq portala əlavə olunmasına başlanılıb.

Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilib.
 











OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir