“Böyük Qayıdış” Gənclər Təşkilatı ulu öndərin 100-cü ildönümü ilə əlaqədar tədbirlər həyata keçirib - FOTO

GƏNCLİK
16:25 10.05.2023
2283
"Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil edilib.

Silsilə tədbirlər çərçivəsində gənclərin iştirakı ilə ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib, Heydər Əliyev Mərkəzinə ekskursiya, "Heydər Əliyev və Qarabağ” mövzusunda görüş və "İrs” adlı intellektual müsabiqə keçirilib.

"Böyük Qayıdış” Gənclər Təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və üzv gənclər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.

Tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edən gənclər muzeydə təqdim olunan ümummilli lider Heydər Əliyevin şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallarla, zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olub, həmçinin mərkəz haqqında ətraflı məlumat əldə ediblər.

Daha sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, konfliktologiya və təhlükəsizlik üzrə mütəxəssis, ulu öndərin hakimiyyəti illərində xaricdə təhsil almış gənclərdən biri olan Gülşən Paşayeva ilə "Heydər Əliyev və Qarabağ” mövzusunda görüş keçirilib. Görüşdə Gülşən Paşayeva gənclərə Heydər Əliyevin Qarabağ probleminin həlli ilə bağlı atdığı addımlar, siyasi-ideoloji xətti, onun amalları işığında gerçəkləşdirilən Böyük Qayıdış haqqında danışıb və onların mövzu ilə bağlı suallarını cavablandırıb.

Həmçinin silsilə tədbirlər çərçivəsində gənclər arasında "İrs” adlı intellektual müsabiqə keçirilib. "Nə? Harada? Nə zaman?” formatında baş tutan yarışda 102 nəfər gəncin iştirakı ilə 17 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyat yolu, çoxşaxəli fəaliyyəti və zəngin irsinə həsr olunan intellektual yarışın qalibi "Əlincə” komandası olub. "Suqovuşan” və "Bərgüşad” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatlandırma mərasimində bildirilib ki, müasir Azərbaycanın varlığı bilavasitə Heydər Əliyevin ideallarının və amalının nəticəsidir. Ömrünü Vətənə və xalqa xidmətə həsr edən dahi şəxsiyyətin inamla həyata keçirdiyi siyasətin əsasında Qarabağ problemini həll edərək torpaqlarımızı işğaldan azad etmək və yurdlarından zorla didərgin salınan həmvətənlərimizin ata - baba torpaqlarına qayıdışını təmin etmək, Azərbaycan Respublikasını güclü bir dövlət kimi formalaşdırmaq idi.

Məhz bu siyasət onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, döyüş meydanında tarixi Zəfər çalaraq işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış etməyimizə səbəb oldu.

Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Heydər Əliyevin tarixi obrazı xalqımızın yaddaşında və qəlbində əbədi olaraq yaşayacaq.

Qeyd edək ki, tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib. 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq