"Üç manata çayla mürəbbə olmur" - FOTO

"Üç manata çayla mürəbbə olmur" - FOTO
Bütün Xəbərlər
11:56 02.06.2015
4958
Bir neçə gündür ki, sosial şəbəkələrdə bulvarda çayın ucuzlaşması ilə bağlı məlumat yayılıb. Məlumatlara görə, Milli Parkın ərazisində sadə çay 2 manat, mürəbbə ilə çay isə 3 manata satılır. Məlumatda həmçinin qeyd olunurdu ki, müştərilərdən artıq pul istəyən obyekt sahibləri cərimələnəcəklər. Bunun üçün isə sözügedən nömrələrə şikayət edə bilərsiniz - 0552827000, 0124801836.
Qeyd edək ki, sözügedən açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Maraqlıdır ki, bir çox istifadəçilər elə bir gün əvvəl bulvarda çay içdiklərini və qiymətdə heç bir ucuzlaşmanın müşahidə etmədiklərini bildirirdilər.
"Qafqazinfo"nun əməkdaşı məsələni dəqiqləşdirmək üçün dünən axşam bulvarda olub. Əməkdaşımız qiymətlərlə tanış olmaq üçün bir neçə kafeyə baş çəkib. İlk maraqlandığımız "Balıq evi" və "Forest" kafeləri oldu. Məlum oldu ki, bu kafedə işləyənlərin məşhur qərardan xəbərləri yoxdur. Onlar onsuz da Milli Parkdakı bütün kafelərdə 1 çaynik çayın qiymətinin uzun müddətdir ki, iki manat olduğunu bildirdilər. Məsələ mürəbbəyə gəlincə, vəziyyətin dəyişildiyini gördük. Mürəbbənin qiyməti nəinki çayla bərabər 3 manatdır, ayrıca istəsəniz belə, nadir halda 3 manata ala bilərsiz. Ümumilikdə, mürəbbənin qiyməti 4, 5, 7, 9 manat arasında dəyişir.
"Balıq evi" kafesində işləyənlər, belə bir qərar olacaqsa, bunun icarə qiymətləri ilə uzlaşmadığını dedilər. Yaxınlaşdığımız "Dəniz" kafesinin işçilərinin, digərlərindən fərqli olaraq sosial şəbəkələrdə yayılan bu məlumatlardan xəbəri var idi. Biz çayın qiymətini soruşanda, işçilər facebookda yayılan məlumatın doğru olmadığını dedilər: "Neçə gündür kimsə yalandan xəbər yayıb, elə bir qərar yoxdur. Bu da menyumuz, bütün qiymətlər burada yazılıb. Bu da "qaynar xətt", buyurun zəng edin. Yalan məlumata görə müştərilərimizlə problemlərimiz olur".
Kafedə olduğumuz müddətdə müştərilərlə işçilər arasında "çaypulu" üstündə tez-tez mübahisələrə şahid olduq. Müştərilər israrla o məlum qərarı xatırladırdılar.
"Veteran" kafesinin rəhbərliyi isə yayılan informasiyanın onları çox narahat etdiyini diqqətimizə çatdırdı.
Gecə dincəlmək üçün bulvara üz tutanlar isə kafelərdəki qiymətlərdən narazılıqlarını ifadə etdilər: "Burada çay içmək istəsək, azı 5 manatımızdan keçməliyik, mürəbbədən başqa, adi şokolad 3 manatdır, paxlava və başqa şirniyyatların qiyməti 5-10 manat arası dəyişir. Bu da tələbə büdcəsinə heç uyğun gəlmir. İcarə haqqına görə onları başa düşmək olar, ancaq gərək onlar da bizi bir az başa düşsünlər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
10:48 09.08.2025
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
10:38 09.08.2025
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
10:33 09.08.2025
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
10:32 09.08.2025
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
10:29 09.08.2025
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
10:25 09.08.2025
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
10:21 09.08.2025
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
10:07 09.08.2025
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
10:05 09.08.2025
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”