Üç məktəbli evdən niyə qaçdı - VİDEO

Üç məktəbli evdən niyə qaçdı -  VİDEO
Bütün Xəbərlər
22:36 19.04.2013
2381

Bir neçə gün əvvəl Bakının Xətai rayonunda evdən qaçan məktəblilərdən ikisi tapılsa da, birindən - 14 yaşlı məktəbli qızdan hələ də xəbər yoxdur.

İmran Əmənovla Nihat Ağayev eyni sinifdə oxuyurlar. Baxmayraq ki, biri o birindən bir yaş böyükdur. İmran 2002-ci il, Nihat isə 2003-cü il təvəllüdlüdür. Onları sinif yoldaşı olmaqdan savayı, başqa cəhətlər də birləşdirir. Hər ikisinin ailədə problemləri var. Bunu uşaqların təhsil aldığı Xətai rayon 204 saylı məktəbdə deyirlər. Əslində, uşaqların özləri də bunu gizlətmir. Düzdür, Nihatla danışığımız baş tutmur.Atası çəkilişə mane olur. Eyni zamanda, atanın davranışı Nihatın evdən qaçması səbəbinə və yaxud səbəblərindən birinə aydınlıq gətirir. Az sonra evdən qaçan uşaqlardan digəri, İmran bunu belə ifadə edir: “Onun da atası döyəcəkdi, o da iki almışdı dərsdən. Atası demişdi ki, 2 alsan, səni asacam”.İmranın anası ilə söhbətdən məlum oldu ki, uşaq hər gün internet klub üçün pul, yaxşı geyinmək istəyir. Amma anası bütün bunları həyata keçirmək imkanında olmadıqlarını deyir. Məlum olur ki, İmranın anası xadimədir. Deyir, sosial yardım almıram, atası uşaqlarına aliment vermir, İmran isə butun bunları başa düşmək istəmir.Qeyd edək ki, bütün bu söhbətlər İmranın yanında aparıldı. Halbuki, psixoloqlar ailə problemlərinin uşaqların yanında müzakirə edilməsini düzgün saymırlar. Onların fikrincə, hər şey uşağın şüuraltında öz əksini tapır. Bu səbəbdən də uşağın tərbiyəsində elə üsullardan istifadə etmək lazımdır ki, o, travmatik təsirlərdən uzaq olsun.Söhbət zamanı məlum oldu ki, İmranı heç həyətə oynamağa da buraxmırlar. Anası deyir ki, bir dəfə başlarına xoşagəlməz hadisə gəlib, gözləri qorxub. Hərçənd, ailəni İmranın bugünkü vəziyyəti qorxutmalıdır. Çünki, çəkiliş boyu bircə dəfə də olsun, bu uşağın gülümsədiyini görmədim. Amma ondan bir vəd eşitdim. Bizə bir daha evdən qaçmayacağına söz verdi. Biz də ona söz verdik: Səni nəzarətdə saxlayacaq, dərslərinlə, davranışınla maraqlanacağıq.

OXŞAR XƏBƏRLƏR