Cüdo üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

İDMAN
07:12 08.02.2011
2477

Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı birinciliyinin qalib və mükafatçıları müəyyən olunub. İki gün davam edən yarışda Bakının 42 klub və idman cəmiyyətlərindən ümumilikdə 306 cüdoçu mübarizə aparıb. Çempionatda Gürcüstan cüdoçuları da birincilik uğrunda mübarizə aparıb.

Oğlanların mübarizəsində Fərid Yəhyəyev (55 kq), Arif Şahlarov (60 kq), İmran Quliyev (66 kq), Afiq Səfərli (73 kq), Əbdülhəd Rəsullu (81 kq), Aftandil Bokveradze (90 kq), Elgudja Bibilaşvili (100 kq), Murad Məmmədov (100 kq-dan yuxarı), qızların yarışında isə Almaz Hüseynova (44 kq), Tatyana Yepifanseva (48 kq), Aysel Məmmədova (52 kq), Rövşanə Hüseynova (57 kq), Ridanə Qurbanova (63 kq), Günel Quliyeva (70 kq), Lalə Məmmədova (78 kq), Xanım Aslanova (78 kq-dan yuxarı) qalib olub.

 

OXŞAR XƏBƏRLƏR