Cüdoçumuz finalda uduzdu

Cüdoçumuz finalda uduzdu
İDMAN
18:46 21.04.2011
2333

Bəlli olduğu kimi bu gün Türkiyənin İstanbul şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. AZXEBER.COM-un  Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən verdiyi məlumata görə, gənc cüdoçumuz Tərlan Kərimov finalda macar idmançısı Mikloş Unqvari ilə görüşüb. Final görüşünün əsas vaxtında qalib müəyyənləşməyib. Hakimin təyin etdiyi əlavə vaxtda isə Tərlan Kərimovun rəqibi vazari fəndi tətbiq edərək qızıl xalla Avropa çempionu adını qazanıb. İdmançımızın isə Avropa Çempionatında gümüş medal qazanacağı rəsmiləşib.

Xatırladaq ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov ilk mərhələdə fransalı David Laroseni üstələyib. İkinci mərhələdə isə o, Gürcüstan idmançısı Şalva Kardavanı məğlub edib. Yarımfinal mərhələsində idmançımız ingilis cüdoçusu Kolin Oates üzərində qələbə qazanıb.

 

OXŞAR XƏBƏRLƏR