Cabir İmanovun uşaqları yanan məktəbdə - FOTOLAR

Cabir İmanovun uşaqları yanan məktəbdə -  FOTOLAR
Bütün Xəbərlər
12:45 09.05.2014
7086
Dövlət Neft Şirkətinin nəzdindəki məktəbdə yanğın "Bakılı oğlanlar"ın üzvünü həyəcanlandırıb
Ötən gün Bakının Bibiheybət qəsəbəsində yanğın Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil Kompleksində baş verən yanğın məşhur "Bakılı oğlanlar" klubunun üzvü Cabir İmanovu da həyəcanlandırıb.
AZXEBER.COM-un jurnalist İlahə Vəliyevanın bloquna istinadən verdiyi məlumata görə, hadisə zamanı C.İmanovun uşaqları da orada olub. Təlaş içində hadisə yerinə gələn Cabir İmanov uşaqlarına sarılaraq onların vəziyyəti ilə maraqlanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Səbail rayonunda hazırda tikintisi başa çatmamış ümumi sahəsi 3000 kv.m olan idman zalında baş verib. Zalın xarici divarlarına vurulmuş plastik divar üzlüyü 1020 kv.m, 1 otağın yanar konstruksiyaları və içərisində olan idman ləvazimatları 23 kv.m sahədə yanıb.
İdman zalının qalan hissəsi və ona bitişik ümumi sahəsi 7000 kv.m olan tədris binası yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR