Cadu ilə vəba yayan 45 falçı öldürüldü

Bütün Xəbərlər
15:18 23.12.2010
2240

Rəsmi qrumların açıqlamasına görə, oktyabr ayından bu yana  vəba xəstəliyindən vəfat edənlərin sayında ciddi artımlar müşahidə edilir. Xəstəliyin getdikcə yayılması yerli əhalidə qorxuya səbəb olub. Belə ki, son bir həftə ərzində insanlar vəba xəstəliyinin cadugarlıqla yayıldığına inanaraq 45 falçını daşqalaq edərək öldürüblər.

Dövlət rəsmisi Moise Fritz Evens verdiyi açıqlamada, Haitidə  udu cadularının geniş yayıldığını, amma cadu edən şəxslərin xəstəliyin yayılması ilə heç bir əlaqəsi olmadığını bildirib. O, bu cür şayiələrin qarşısını almaq üçün ictimaiyyəti xəstəlik barədə daha çox məlumatlandırmağın gərək olduğunu deyib.

Qeyd edək ki, xəstəlik nəticəsində 2 min 591 nəfər ölüb, 121 min 518 insan isə müalicə edilir.

 

OXŞAR XƏBƏRLƏR