Cahangir Əsgərovun gedişi AZAL-da nəyi dəyişəcək? - Deputat danışdı

SOSİAL
13:45 04.09.2023
2706
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cahangir Əsgərov "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Əhalinin narazılığına səbəb olan əsas məsələlərdən biri də ölkəmizdə təyyarə biletlərinin qiymətinin baha olmasıdır. AZAL-ın fəaliyyəti ilə bağlı narazılıq artıq illərdir davam edirdi. Biletlərin qiymətinin baha olması vətəndaşlarla yanaşı, Milli Məclisin deputatlarının da narazılığına səbəb olub.

Bəs AZAL-ın bundan sonrakı fəaliyyətində dəyişiklik olacaqmı? Biletlərin qiyməti ucuzlaşacaqmı?

AZXEBER.COM məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayevin münasibətini öyrənib.

Deputat qiymət siyasəti və digər məsələlərdə yaxın zamanda hiss ediləcək dəyişikliyin olmayacağını düşünür:

"AZAL-da hansı dəyişiklilərin gedəcəyi, hansı qərarların veriləcəyi cəmiyyəti düşündürür. Ancaq tezliklə qiymət siyasətində, insanların hiss edib, görə biləcəyi dəyişikliyin olmasını gözləmirəm. Bu barədə çox deyildi, danışıldı. Amma heç bir nəticə görə bilmirik. Cahangir Əsgərov vəzifədən alınması ilə, yaxın müddətdə müsbət dəyişiklik olacağına inanmıram. Artıq bu məsələlərdə bir az inamsız olmuşam. Hazırda AZAL-ın rəhbərliyini həyata keçirən şəxsin açıqlamalarından, qərarlarından çox şey aslıdır. Bundan sonra hansısa dəyişikliyin olacağından danışa bilərik. AZAL cənab Prezidentin sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub. Mənim Rəşad Nəbiyevə inamım var. Bu məsələrdə daha diqqətli olduğuna, insanların səsini eşitdiyindən xəbərdaram”.
 
 

Razi Nurullayev qeyd edib ki, bu qurumun fəaliyyətində dəyişikliklərin olacağına dair insanların gözləntisi var:

"Açığını deyim ki, mən müsbət nəticə gözləmirəm. Ancaq insanların gözləntisi var. AZAL dövlətin vəsaiti ilə maaliyyələşir. Bütün təyyarələr dövlətin pulu ilə alınıb. Dövlətin pulu ilə alınması o deməkdir ki, normal xidmət görmək təyyarədən istifadə edən insanların haqqıdır. Bu gün müşahidə edirik ki, Azərbaycan xalqının əksəriyyəti AZAL-dan narazıdır. Xalq narazıdırsa, demək ki, çox ciddi tədbirlər görülməlidir. Bəs bu tədbirlər görülürmü? Kağız üzərində deyilir, danışılır, ancaq real nəticə görə bilmirik”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb