Cahangir Hacıyevin evindən görün nələr çıxıb? - Prokuror danışdı

Cahangir Hacıyevin evindən görün nələr çıxıb? - Prokuror danışdı
SOSİAL
17:59 27.09.2016
4649
"Beynəlxalq Bank işi"nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 27-də davam etdirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib. Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə iş istəyib.

Prokuror Fərid Nağıyev çıxışında bildirib ki, məhkəmə istintaqı zamanı Cahangir Hacıyev və digərlərinə qarşı ittihamlar tam sübuta yetirilib.

Prokuror vurğulayıb ki, C.Hacıyev Müşahidə Şurasının qərarını nəzərə almadan böyük məbləğdə kreditlərin ayrılması barədə tabeliyində olan işçilərə göstərişlər verməklə qanunları pozub.

"Cahangir Hacıyev deyir ki, Müşahidə Şurasının qərarları qanuna zidd olduğuna görə onu icra etməyib. Amma banklar haqqında qanuna görə, bankın fəaliyyətinə nəzarət edən orqan məhz Müşahidə Şurasıdır. Necə olur ki, Cahangir Hacıyev özü Müşahidə Şurasının qərarına tabe olmur, amma öz tabeliyindəki filiallara göstəriş verir ki, müəyyən məbləğdən yuxarı kredit vermək üçün kredit komitəsinin icazəsi lazımdır”- deyə dövlət ittihamçısı çıxışına əlavə edib.

Götürülmüş kreditlərin layihələrə ayrılması barədə Cahangir Hacıyevin məhkəmədə dediklərinə gəlincə, prokuror bunu inandırıcı hesab etmədiyini söyləyib.

Prokuror bu fikrini belə əsaslnadırıb: "Cahangir Hacıyev iddia edir ki, ayrılmış kreditlər xaricdə layihələrin həyata keçirilməsinə yönəldilib. Əvvəla, həmin vəsaitlərin layihələrə yönəldiyini sübut edən heç bir fakt ortaya qoyulmadı. Digər tərəfdən isə əgər layihələrə yönəldilirdisə, niyə qaydalara uyğun olaraq layihə banka təqdim edilməyib, müzakirə aparılmayıb, həmin layihənin gəlir gətirib-gətirməyəcəyi proqnozlaşdırılmayıb? Əgər hər şey səmimi və qatdalara uyğun idisə, niyə bankın daxili qaydalarına uyğun ayrılmırdı”.

Prokuror çıxışında C.Hacıyevin özü və yaxınlarının adlarına verilmiş böyük məbləğli kreditlərdən də danışıb:

"Qanuna görə banka aidiyyəti olan şəxslərə güzəştli kreditlər verilə bilməz. Amma Cahangir Hacıyevin yaxınlarına təminatsız, faizsiz kreditlər verilib. Düzdür, Cahangir Hacıyev burada dedi ki, bu kreditlər bankdan səhimlərin alınması, yəni bankın kapitalının artırılmasına xidmət edib. Anlaşılmır ki, bankın bu cibindən çıxarıb, digər cibinə qoymaqla bank nə qazanır?İş materiallarından görünür ki, Cahangir Hacıyevin yaxınlarının kartlarına köçürülmüş kreditlər sonradan ABŞ-da, Avropa şəhərlərində otellərdə, gözəllik salonlarında, istirahət mərkəzlərində xərclənib, onlayn ödənişlər həyata keçirilib, bankomatlardan nağd şəkildə çıxarılıb. Vəsaitlərin səhimlərin alınmasına yönəldilməsi versiyası bununla təsdiqlənmir”.
Prokuror bildirib ki, kreditlərin ödənildiyi barədə Cahangir Hacıyevin dedikləri də həqiqəti əks etdirmir. Onun sözlərinə görə, ilk dövrlərdə həyata keçirilən ödəmələr də başqa yeni götürülmüş kreditlərin hesabnına ödənilib. Bunu da kreditlərin ödənməsi kimi qiymətləndirmək doğru deyil.

Prokuror: "Cahangir Hacıyev digərləri ilə əlbir olaraq 49 nəfərin adına 47 milyon manatdan artıq kredit götürüb. Həmin kreditin 29 milyon manata qədəri əsas borc olaraq hələ də ödənilməmiş qalır. Cahangir Hacıyev və yaxınlarının adına 13 milyon manat, 64 milyon dollar, 13 milyon avro və 2 milyon funt sterlinq borc hələ də ödənilməmiş qalır. Ödənilməyən əsas borc ümumilikdə 100 milyonu keçir”.

Prokuror həmçinin, Cahangir Hacıyevin evində axtarış zamanı götürülmüş 110 min manat dəyərində saatın, qızıl sikkələrin müsadirə olunduğunu deyib və bunların ziyanın ödənilməsinə yönəldilməsini təklif edib.

Prokuror çıxışında Cahangir Hacıyeva 17, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov və Kənan Orucovun hər birinə 8, İbrahin Hüseynovla Yusif Ələkbərova 11, Azad Cavadova isə 12 il 11 ay cəza istəyib.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini tələb edib.

"Beynəlxalq Bank"ın nümayəndəsi isə çıxışında banka dəymiş ziyanın tam ödənilməsinin təmin edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri isə çıxış üçün vaxt istəyiblər.

Məhkəmə prosesi oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, "İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək