Cahangir Məmmədlinin 70 yaşı qeyd olundu - FOTOLAR
MEDİA
15:54 25.01.2012
2386
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov universitetin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri Cahangir Məmmədlini anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə təbrik edib.Universitetin mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, yubilyarı Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, ali jurnalistika təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi xarakterizə edən rektor deyib ki, Cahangir Məmmədli uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəldib, xalqımızın adını daim uca tutub.Rektorun sözlərinə görə, C. Məmmədlinin səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb: “45 ildən çoxdur ki, mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olmuş, jurnalistika məsələlərinə dair sanballı tədqiqat əsərlərinin, çoxsaylı məqalələrin müəllifi kimi tanınmış Cahangir müəllim müasir Azərbaycan peşəkar jurnalistikası konsepsiyasının əsaslarının formalaşdırılmasında, bununla da bu elmin inkişafında və böyük bir jurnalistlər nəslinin yetişməsində müstəsna xidmətlər göstərib”.A. Məhərrəmov deyib ki, Cahangir Məmmədlinin vətən və cəmiyyət, elm, mədəniyyət və təhsilin inkişafındakı böyük xidmətləri universitet kollektivində nüfuzunuzu yüksəldib, həm də hər zaman dövlətimizin diqqətində olub.C. Məmmədli ona göstərilən diqqət və qayğıdan məmnun olduğun söyləyərək təbiət etibarilə kövrək insan olduğunu və bu günün onun həyatında silinməz iz qoyacağını deyib. Fəaliyyətinin ən qaynar çağının Abel Məhərrəmovun rektorluq dövrünə təsadüf etdiyinin deyən professor bundan qürur duyduğunu söyləyib.