Cahid İsmayıloğlu Türk Dünyası təşkilatına üzv seçildi

Cahid İsmayıloğlu Türk Dünyası təşkilatına üzv seçildi
Bütün Xəbərlər
00:36 03.03.2015
1068
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda elmi işçisi Cahid İsmayıloğlu “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatina üzv seçilib.C.İsmayıloğlu deyib ki, əməkdaşlıq çərçivəsində Türk dünyası vətəndaşlığı şüurunun yaradılması istiqamətində, Türk dünyasında təhsil, dil, mədəniyyət, ədəbiyyat, tarix, din, ənənəvi idman, ortaq dəyərlər və sənət mövzulu tədbirlərin, layihələrin birgə həyata keçirilməsi işində ortaqlıq qurulacaq.Onun sözlərinə görə, “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatı 2014-cü ilin avqust ayında Bişkek şəhərində yaradılıb. Türkiyə Cümhuriyyəti Qaziantep Universitetinin və Qığızıstandakı Türkiyə Manas Universitetinin birgə yaratdıqları təşkilat eyni soydan gələn, eyni mədəniyyətin daşıyıcıları olan, lakin fərqli ölkələrdə yaşayan türk alimlərinin və təhsil işçilərinin qüvvələrini birləşdirmək üçün yaradılmış qurumdur.
OXŞAR XƏBƏRLƏR