Can Bonomonun 'Eurovision' mahnısının klipində 80-dən çox aktyor çəkilib
MAQAZİN
13:00 13.03.2012
2259
Türkiyənin Eurovision 2012 təmsilçisi Can Bonomonun "Love Me Back" mahnısının klip çəkilişləri başa çatıb. AZXEBER.COM Eurovision.az saytına istinadən xəbər verir ki, bir dənizçinin dənizə heyranlığı və sevgilisinə olan məhəbbətindən bəhs edən bu mahnı Can Şabanın rejissorluğu ilə çəkilib. Türkiyənin Eurovision 2012 təmsilçisi ilə çalışan yaradıcı qrupdan eurovision.az saytına verilən məlumata görə, ARRI Alexa kamerası ilə həyata keçirilən çəkiliş prosesi 3 məkanda-İstanbul Universitetinin rektorluq binası, Marina və Yerebatan Sarnıcında aparılıb. Çəkilişlər 2 gün davam edib. Ümumilikdə, heyət çəkiliş meydanında 30 saat işləyib. Klipdə 80-dən artıq aktyor çalışıb. Çəkilişlər zamanı 200 kostyum istifadə olunub.