Bankda bir qadını girov götürən oğru mühasirəyə alınıb. O, girovla birlikdə qaçmağa çalışarkən polislər tərəfindən vurulub.
Televiziya kanalları, beş polisin atəş açmasını, oğrunun yerə yığıldığı anları havada vertolyotdan çəkiliş edərək tamaşaçılara çatdırıblar.
Polis rəisi, hadisənin belə sonlanmasını istəmədiklərini açıqlayıb.Hadisə zamanı başqa yaralanan olmayıb, girov götürülən yeddi nəfər də xəsarətsiz xilas olub.