Canlı yayımda bayrağı yandırdı - VİDEO

Canlı yayımda bayrağı yandırdı - VİDEO
Bütün Xəbərlər
10:48 24.07.2014
501
İordaniya kanallarının birində gözlənilməz hadisə baş verib.İsrail ordusunun Qəzzaya qarşı əməliyyatını şərh edən iordaniyalı aparıcı, günahsız insanların ölümünü şərh edərkən hirsini saxlaya bilmir və özü ilə gətirdiyi İsrail bayrağı çəkilmiş vərəqi canlı efirdə alışqanla yandırır.O bunu orda ölən günahsız uşaqların ölümünü qisası kimi adlandırıb.Daha sonra aparıcı alışan vərəqi necə söndürəcəyini düşünürkən efir dayandırılır.Qeyd edək ki, "Qoruyucu xətt" adı altında 7 İyulda Qəzzanı havadan vurmağa başlayan İsrail ordusu, 17 İyul Cümə axşamı qurudan hücuma keçib.Hücumların başladığı gündən bu yana Qəzzada 693 adam həyatını itirib, 5 minə yaxın insan yaralanıb.Ölənlərdən 162-sinin uşaq, 78-nin isə qadın olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR