"Cavid Hüseynov azadlığa buraxıla bilər"

"Cavid Hüseynov azadlığa buraxıla bilər"
Bütün Xəbərlər
13:32 14.08.2015
1881
Bu gün saat 14:00-da İlqar Murquzovun sədrliyi ilə Cavid Hüseynov haqqında elan olunmuş həbs - qəti imkan tədbirinin aradan qaldırılması ilə bağlı məhkəmə iclası keçiriləcək.
AZXEBER.COM  xəbər verir ki, femida.az məhkəmədən əvvəl Cavid Hüseynovun vəkili Adəm Məmmədovun fikirlərini öyrənib:
"Hüquqlarını müdafiə etdiyim şəxs hazırda cinayət törətməkdə ittiham olunur. Cavid Hüseynovun baş vermiş bu cinayət hadisəsi ilə hər hansı əlaqəsi yoxdur. Cinayət məişət zəminində baş tutub. Hadisəni törədənlər qanun qarşısında cavab verməlidirlər. Hadisəni Cavid Hüseynovun qohumları törədə bilərlər. Lakin həmin ərəfədə Cavid Hüseynov həmin qohumları ilə əlaqə saxlamayıb. Cavidin özü çox səbirli, təmkinli bir insandır. Bunu onun xarakterindən aydın şəkildə sezmək olur. Cavidin özü iki uşaq atasıdır. O, spirtli içki içmir, kənar əyləncələrə vaxt ayırmır. O, heç vaxt belə yola əl atmaz. Hər bir halda Cavidin azadlığa çıxmasına inanırıq. Adi gündəlik həyatımızda belə hadisələrə görə həbs - qəti imkan tədbiri seçilmir. Bu, məişət zəminində baş vermiş bir cinayət aktıdır və Cavid Hüseynovun bu hadisə ilə heç bir halda əlaqəsi yoxdur".
OXŞAR XƏBƏRLƏR