Cavid Hüseynovun apellyasiya şikayəti təmin olunmayıb

Cavid Hüseynovun apellyasiya şikayəti təmin olunmayıb
Bütün Xəbərlər
17:01 31.08.2015
904

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan futbolçuCavid Hüseynovunapellyasiya şikayətinə baxılıb.

C. Hüseynovun vəkili Adəm Məmmədovun    verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, bir müddət əvvəl C. Hüseynovun vəkili Adəm Məmmədov onun barəsində seçilmiş həbs- qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə Səbail rayon Məhkəməsinə müraciət edib. Lakin vəsatət təmin olunmayıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

Xatırladaq ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilibvə avqustun 9-da orada vəfat edib. Rəsmi məlumata görə, müəyyən edilib ki, Cavid Hüseynovavqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış "Ann.tv"nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib. Bundan sonra C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov da R. Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov,Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevlə birlikdə avqustun 8-də onunla görüşüb. Onlar R. Əliyevə əl və ayaq zərbələri ilə bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. Həmin şəxslərCinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə təqsirli bilinib və barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqın hazırkı mərhələsindəCavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

//apa

OXŞAR XƏBƏRLƏR