Cavid Qurbanov yollardakı vəziyyətdən danışdı

Cavid Qurbanov yollardakı vəziyyətdən danışdı
Bütün Xəbərlər
14:31 31.01.2014
668

Ölkənin yollarında vəziyyət nəzarət altındadır.

Bu barədə jurnalistlərə "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov bildirib. O deyib: "Yollarda qar təmizləyən, qum və xüsusi maddələr tökən 1100 ədəd xüsusi texnika çalışır" ("Trend").

C.Qurbanov əlavə edib ki, ASC gündə üç dəfə yollardakı vəziyyət və görülən tədbirlər haqqında nəqliyyat naziri Ziya Məmmədova hesabat verir.

Sinoptiklərin proqnozlarına görə, həftənin sonuna kimi respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq.

OXŞAR XƏBƏRLƏR