Cavid Qurbanovun baş mühasibinin maliyyə fırıldaqları - Faktlar

Cavid Qurbanovun baş mühasibinin maliyyə fırıldaqları - Faktlar
Bütün Xəbərlər
11:08 17.12.2015
1788
“Azərbaycan Dəmir Yolları” QSC-nin baş mühasibi Rəna Sultanovanın işində yol verdiyi ciddi nöqsanlar aşkarlanıb.
AZXEBER.COM dia.az-a istinadən xəbər verir ki, Rəna Sultanovanın fəaliyyətindəki boşluqlar ötən müddət ərzində Həkim-Sanitar Xidmətinin işinə əhəmiyyətli dərəcədə öz mənfi təsirini göstərib.
Belə ki, Hesablama Palatasının auditorları Arif Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-yə rəhbərlik edərkən Həkim-Sanitar Xidmətində yoxlamalar aparıb və kifayət qədər ciddi maliyyə pozuntuları aşkarlayıblar.
Məlum olub ki, təkcə dəmiryolçuların mərkəzi xəstəxanasında bir neçə milyon manata yaxın yeyinti aşkarlanıb. Yayılan məlumatlara görə, QSC-nin tibb xidmətində yoxlama bir neçə ay davam edib və ciddi maliyyə pozuntuları aşkarlanıb. Müəyyən edilib ki, dəmir yolunun gəlirlərinin bir qismi tibb xidməti vasitəsilə havaya sovrulur.
Bu vəsaitlər hesabına cəmiyyətin tibb müəssisələrində guya əsaslı təmir aparılıb və müasir avadanlıqlar alınıb. Bir sözlə, olmayan xidmətlərə, alınmayan mallara görə milyonlar silinib. Məsələn, məlum olub ki, xəstələr üçün alınan çəkələklər hamını şoka salacaq bir qiymətə - 33 manata rəsmiləşdirilib. Hansı ki həmin çəkələklərin bazar qiyməti 1 manatdan çox deyil.
Xəstəxanada uşaq şöbəsi olmadığına baxmayaraq, uşaqlar üçün böyük partiyalarla pijamalar alınıb və silinib". Etibarlı mənbələrin bildirdiyinə görə, Arif Əsgərovun zamanında, elə indi də Həkim-Sanitar Xidmətində yaşanan problemlərin, ən əsası da külli miqdarda maliyyə əməliyyatlarının birbaşa iştirakçılarından biri də baş mühasibdir:
"Xidmətin maliyyə məsələləri ilə bağlı olan bütün sənədlərinə Rəna xanım qol çəkir. O nəyin nəyə xərcləndiyini hamıdan yaxşı bilir. Baş mühasib çətinə düşsə deyə bilər ki, bu işlərdən xəbərim olmayıb və xidmət rəisi məni buna vadar edib. Amma Rəna Sultanova hər şeyi çox gözəl bilir. Qanunsuz işlərdə iştirakçı olmaq istəmirsə, niyə ərizəsini yazıb vəzifəsindən getmir?
Deməli, bu postda qalmaq ona bəzi işlərini rahat şəkildə həyata keçirməyə imkan verir. Baş mühasibin şəxsi maraqlarını fikirləşməsi Həkim-Sanitar Xidmətinin fəaliyyətini tamamilə iflic edib. Yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilmir. Buna görə də dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası lazımi səviyyədə aparılmır”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
OXŞAR XƏBƏRLƏR