Cavid Qurbanovun Masazırda təmir etdirdiyi yolu su apardı - VIDEO

Cavid Qurbanovun Masazırda təmir etdirdiyi yolu su apardı - VIDEO
Bütün Xəbərlər
17:49 05.02.2015
1782

Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış şəhərciyin ətrafında salınan yol bərbad vəziyyətdədir.

AZXEBER.COM-un məlumatına görə, hələ keçən il prezident İlham Əliyevin iştirakı ilə Bakının Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışı zamanı istifadəyə verilən yol yararsız vəziyyətə düşüb. Yolun duz zavodu istiqamətinə olan hissəsində asfalt örtüyü son günlər yağan yağışlardan sonra yararsız vəziyyətə düşüb.

Sürücülərdən birinin redaksiyamıza göndərdiyi videogörüntüdə yolun bu halda olması, gecə vaxtı təhlükəli vəziyyətin yaranmasına səbəb olub.

Xatırladaq ki, sözügedən yol bir ilə yaxındır ki, istfadəyə verilib və yol “Azəryolservis” ASC tərəfindən təmir edilmişdir.

OXŞAR XƏBƏRLƏR