'Cazibəli rənglər' layihəsi böyük maraqla qarşılandı - Foto

GƏNCLİK
17:15 13.09.2013
1832
Bu gün Müasir İncəsənət Mərkəzində “12 May Group” və “Xəyal Production”un təşkilatçılığı ilə “Dəstək ver” silsiləsindən “Cazibəli rənglər” layihəsinin açılışı oldu. Bir həftə boyunca davam edəcək layihə çərçivəsində 7 saylı Saray internat evinin sakini 21 yaşlı Nəzakət Muradovanın muncuqdan və müxtəlif dekororativ əşyalardan hazırladığı dekor işləri və 282 saylı məktəbin 6-cı sinif şagirdi fiziki qüsurlu Samirə Hüseynovanın yağlı boya ilə çəkilmiş rəsm əsərlərinin sərgisi keçirildi. 
Sərgiyə millət vəkili Qənirə Paşayeva, əməkdar artistlər Aybəniz Haşımova, Azərin, yazıçı-publisist Rəşad Məcid, iş adamı Hacı Səbuhi Rəcəb, müğənnilər Aynişan, Lətifə Soyuöz, bəstəkar Günel Sərdarqızı da təşrif buyurmuşdular. 
Tədbiri Xəyal Rza açaraq sərginin səbəbkarlarına dəstək olmaq məqsədi ilə layihəni həyata keçirdiklərini vurğuladı. Sonra Qənirə Paşayeva çıxış etdi. Millət vəkili Azərbaycan gənclərinin bacarığından, xüsusilə Nəzakət və Samirənin əl işlərindən söhbət açaraq bəyəndiyini bildirdi. Millət vəkili öz növbəsində hər ikisinə daim dəstək olacağını qeyd etdi. Digər qonaqlar da çıxış edərək səbəbkarları tərifləyib təbrik etdilər. Sonra qonaqlar səbəbkarlkarın əl işləri ilə tanış oldular. Qənirə Paşayeva bir neçə rəsm əsəri və dekor işləmələr aldı. Millət vəkili digər qonaqları, hətta sərgidə iştirak edən jurnalistləri də unutmayaraq onlar üçün də Nəzakət və Samirənin əsərlərini alaraq hədiyyə etdi. Digər tanınmış qonaqlar da rəsm əsərləri və əl işlərindən aldılar. N. Muradovanın hazırladığı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muncuqlardan ibarət portreti Heydər Əliyev Fonduna hədiyyə edilib. Onun digər mövzularda da maraqlı əl işləri var. Əl işləri və rəsmlər bir həftə boyunca satışda olacaq. S. Hüseynovanın rəsmlərindən əldə olunmuş gəlir onun əməliyyatı üçün sərf ediləcək. 
Tədbirin təşkilatçılarından olan “12 May Group”un təsisçi-rəhbəri Hacı Səbuhi Rəcəb bu cür tədbirlərin tez-tez həyata keçməsi üçün əlindən gələni edəcəyini bildirir: “Şirkətimiz xalqa xidmət etmək üçün yaradılıb. Azərbaycanın istedadlı övladlarını üzə çıxarmaq, onlara dəstək olmaq bizim vətəndaşlıq borcumuzdur. Əlimizdən gələni edirik ki, onlar hər an vətənimizin, dövlətimizin onlara dəstək olduğunu bilsinlər”. Qeyd edək ki, “Cazibəli rənglər” sərgisi 13-20 sentyabr tarixlərində Azərbaycan prospekti 11/19 ünvanında yerləşən Müasir İncəsənət Mərkəzində həyata keçiriləcək. Sərgi saat 12:00-dan, 19:00-a dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq