"CBC Sport" "Bavariya" - PSJ oyununu niyə yayımlamır?

"CBC Sport" "Bavariya" - PSJ oyununu niyə yayımlamır?
İDMAN
23:32 06.05.2026
2489
Bu gecə "Bavariya” – PSJ komandaları arasında keçirilən Çempionlar Liqasının yarımfinal qarşılaşması "CBC Sport”da yayımlanmır.

AZXEBER.COM xəbər verir ki, öncədən verilən elanda qarşılaşmanın sözügedən telekanal vasitəsilə yayımlanacağı bildirilsə də, hazırda kanal "Qarabağ” – "Turan Tovuz” oyununu efirə verib.

Telekanalın hansı səbəbdən oyunu yayımlamadığı barədə hər hansı rəsmi məlumat verilməyib. Sosial şəbəkələrdə bu addım kəskin tənqid edilib.
OXŞAR XƏBƏRLƏR