CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir

CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
DÜNYA
19:32 20.11.2026
79
İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyası İranın ballistik raket istehsalı imkanlarını sürətlə bərpa etməsindən, həmçinin, hərbi və nüvə infrastrukturunu yeraltı obyektlərə köçürməklə mümkün hücumlardan qorumağa çalışmasından narahatdır.

Məlumata əsasən, İsrail ordusu İranla yeni hərbi qarşıdurmaya hazırdır və Tehranın ilk mümkün hücumuna cavab vermək üçün müdafiə hazırlığını ən yüksək səviyyəyə çatdırıb.

Mənbələrin bildirdiyinə görə, Netanyahu administrasiyası ABŞ-la birgə hərbi əməliyyat keçirməyə üstünlük verir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yeni hərbi əməliyyata başlamaq qərarı verib-verməyəcəyi və belə bir əməliyyatın hansı formada olacağı hələlik məlum deyil.

Qeyd olunur ki, Tramp bu həftə İranın kimyəvi və ya bioloji silah hazırlamağa cəhd göstərə biləcəyini də iddia edib, lakin bu fikrini təsdiqləyən hər hansı sübut təqdim etməyib.

ABŞ və İran arasında Hörmüz boğazının yenidən açılmasına dair atəşkəs razılaşmasının əldə olunması məqsədilə aylarla davam edən dolayı danışıqlar nəticəsiz qalıb. İran ABŞ-ın dəniz blokadasını aradan qaldırmayacağı və Tehranın irəli sürdüyü digər altı əsas şərti qəbul etməyəcəyi təqdirdə, nüvə proqramını müzakirə etməkdən imtina edir.

"CBS News"un mənbələri bildirir ki, İranla müharibə ABŞ-da Respublikaçılar Partiyasının son aralıq seçkilərdə məğlubiyyətinə təsir edən əsas amillərdən biri olub və müharibə Amerika ictimaiyyəti arasında populyarlığını itirməkdə davam edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
19:50 20.11.2026
Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
19:32 20.11.2026
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir
19:11 20.11.2026
Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
19:00 20.11.2026
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
18:48 20.11.2026
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər
18:38 20.11.2026
Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər
Polşa NATO-dan əlavə qüvvələr istəmək niyyətindədir
18:37 20.11.2026
Polşa NATO-dan əlavə qüvvələr istəmək niyyətindədir
"Real" Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb
18:21 20.11.2026
"Real" Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi 6 ay müddətinə bağlayır
18:10 20.11.2026
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi 6 ay müddətinə bağlayır
"Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu" keçiriləcək
17:58 20.11.2026
"Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu" keçiriləcək
“Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək”
17:41 20.11.2026
“Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək”
“Təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir”  – AÇIQLAMA
17:32 20.11.2026
“Təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir” – AÇIQLAMA
Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq
17:28 20.11.2026
Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq
"AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir"- DEPUTAT - VİDEO
17:15 20.11.2026
"AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir"- DEPUTAT - VİDEO
Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?
16:58 20.11.2026
Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır – İcra Hakimiyyətindən ŞİKAYƏT
16:57 20.11.2026
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır – İcra Hakimiyyətindən ŞİKAYƏT