Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəbhə bölgələrində rabitə və informasiya, televiziya yayımının yüksək keyfiyyətlə təmin olunması istiqamətində növbəti yenilik edib. Nazirlikdən AzərTAc-a bildiriblər ki, Ağdam, Bərdə və Tərtərdə, eləcə də Dağlıq Qarabağın şimal ərazilərində TV kanallarının yayımının daha keyfiyyətli təmin edilməsi məqsədilə ”Teleradio” İstehsalat Birliyi tərəfindən tikilən yeni telestansiya sentyabrda istifadəyə veriləcək. Yeni telestansiya Azərbaycan rabitəsinin işğaldan azad olunacaq torpaqlarımızda bərpası planının tərkib hissəsidir.